Dünya "Şahmatın Messisi"ndən danışır - Karlsenə qalib gəldi

Argentinadan olan 10 yaşlı şahmatçı Faustino Oro dünya şahmat reytinqində 1-ci yerdə olan norveçli Maqnus Karlsenə qalib gəlməyi bacarıb.

Metbuat.az bildirir ki, onlar arasında keçirilən oyun 48-ci gedişdə matla bitib və Oro qalib gəlib.

Oyun dünyada şahmatçıların ən çox istifadə etdiyi onlayn platformalardan olan "Chess.com"da baş tutub. Karlsenin bu məğlubiyyəti dünya idman mətbuatında və şahmatsevərlər arasında gündəmə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı