Azərbaycanda taksi qiymətləri artacaq - AÇIQLAMA

"Taksi xidmətləri ilə bağlı verilmiş qərar təbii olaraq gediş haqlarına öz təsirini göstərəcək. Amma verilmiş qərarların doğru qərar olub-olmadığını daha dəqiq bir müddət sonra biləcəyik. Ona görə ki, bir qərarın doğruluğunu onun nəticələrinin təhlilindən sonra bilə bilərik".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov taksilərlə bağlı verilən yeni qərarlardan danışarkən deyib. O bildirib ki, yeni qaydaların kifayət qədər müsbət tərəfləri də var:

"Çünki taksi xidməti ucuz olsa da, çox keyfiyyətsiz idi. Çox təhlükəli məqamlar var. Əyləc sistemi bərbad olan, işıqlandırma, rol sistemi təhlükə yarada biləcək taksilər kifayət qədərdir. Törədilmiş qəzaların da böyük əksəriyyəti bu taksilərə görə baş verir".

Ekspert qeyd edib ki, bu qərarlar eyni zamanda ciddi şəkildə müəyyən təbəqələrdə problem yaradacaq:

"Xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan insanlarda problemlər yaranacaq. Taksilərə görə qoyulmuş yeni tələblər belə taksilərin bahalı olmasını şərtləndirir. Baha başa gələn nəqliyyat ilə təbii ki, ucuz xidmət göstərmək mümkün deyil. Ona görə də, mütləq şəkildə bu qiymətə təsir göstərəcək. Taksilərlə bağlı qərar verilməli idi. Sadəcə bunu bir qədər yumşaq etmək olardı. Şərtlər daha kəskin qoyulub".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı