Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar - FOTO

Serbiyanın Novi Sad şəhərində keçirilən “Beynəlxalq Şahmat Ustası” turnirində azərbaycanlı Əhməd Əhmədzadə, eləcə də Trinidad və Tobaqo Respublikasının bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar müvafiq olaraq birinci və ikinci yeri tutublar.

Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yarışda 10 şahmatçı mübarizə aparıb.

Doqquz raunddan ibarət olan turnirdə Əhməd Əhmədzadə beş qələbə və dörd heç-heçə, Alan-Səfər isə beş qələbə və üç heç-heçə ilə yadda qalıb.

Hazırda şahmat üzrə beynəlxalq usta (İnternational Master) olan Alan-Səfər Ramoutar qrossmeyster (Grandmaster) adı almaq uğrunda əzmlə çalışır.

Qeyd edək ki, Alan-Səfərin anası Emiliya Əhmədova yazıçı kimi fəaliyyət göstərir. O, “Broken Chains” (“Qırılmış zəncirlər”), “A Hell For All Seasons” (“Bütün mövsümlərdə cəhənnəm”), “My Twin Sister And Me” (“Əkiz bacım və mən”), “Caribbean Tears” (“Karib göz yaşları”), “Benji And Pals” (“Benci və dostları”) adlı kitabların müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı