Bu gün daha üç Azərbaycan cüdoçusu yarışacaq

Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" davam edir.

Metbuat.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 cüdoçusu tatamiyə çıxıb.

Onlar 2 çəki dərəcəsində mübarizə aparır.

"Böyük Dəbilqə"

Kişilər

73 kq

Vüsal Qələndərzadə 1/32 final çərçivəsində Keysey Nakano (Filippin) ilə üz-üzə gəlib. Qələbə qazanan milli üzvü növbəti görüşündə Kiprianos Andreounu (Kipr) sınağa çəkəcək.

Rəşid Məmmədəliyev də yarışa qələbə ilə başlayıb. Mark Xristovu (Bolqarıstan) məğlub edən cüdoçumuz 1/16 finalda Koen Heqlə qarşılaşacaq.

Ömər Rəcəblinin (81 kq) startda məğlubiyyətə üzülüb. O, Joao Fernando (Portuqaliya) ilə bacarmayıb.

Qeyd edək ki, cüdoçularımızdan ilk gündə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medal qazana bilməyib. Yığmamız yarışa 9 idmançı ilə yollanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı