Azərbaycan cüdoçusu gümüş medal qazandı - "Böyük Dəbilqə"

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Adil Osmanova uduzub.

Bununla da milli komanda yarışda ilk medalını əldə edib.

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı