Bu klubun prezidenti Juninyo üçün Bakıya gəlir

İstanbulun “Beşiktaş” klubu “Qarabağ”da forma geyinən Juninyonun transferini həll etməkdə qərarlıdır.

Metbuat.az bildirir ki, Türkiyə KİV-ləri transferlə klubun prezidenti Hasan Aratın birbaşa məşğul olacağını yazıb. O, 27 yaşlı braziliyalının keçidi üçün "Qarabağ"ın prezidenti Tahir Gözəllə bir araya gələcək və transfer məbləğini uyğun bir rəqəmə salmağa çalışacaq.

Qeyd edək ki, hucümçunun “Qarabağ”la 2026-cı ilin yayına qədər müqaviləsi var. Bu mövsüm "Qarabağ"da 44 oyuna çıxan sambaçı, 25 qol vurub, 8 ötürmə etməyi bacarıb. Onun xüsusən Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04"ə qarşı performansı diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı