"Crocus"la bağlı yeni fakt üzə çıxdı - Bir neçə gün əvvəl...

22 martda Moskva yaxınlığındakı "Crocus" konsert salonunda baş verən terrordan öncə İran bu faciənin baş verə biləcəyi ilə bağlı Rusiyaya məlumat verib.

Metbuat.az bildirir ki, bu barədə "REUTERS" agentliyi yazır. Qeyd edilir ki, hadisədən bir neçə gün əvvəl İran ölkədəki terror aktları ilə bağlı həbs edilən şəxslərin dindirilməsi zamanı əldə edilən məlumatları Rusiyaya göndərib və terror ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, İrandan Rusiyaya verilən məlumatda terror hadisəsinin dəqiq harada və nə vaxt törədiləcəyi kimi detallar olmayıb. İranda saxlanılan şəxslərdən biri dindirilərkən bildirib ki, onlara Rusiyada önəmli əməliyyata hazırlaşmaq tapşırılıb və bəzi üzvlər artıq Rusiyaya gediblər.

Məlumatla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov heç bir bilgisinin olmadığını deyib. İran Xarici İşlər Nazirliyi isə mövzuya şərh verməyib.

Xatırladaq ki, Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 140-dan çox olub. Hadisə nəticəsində ölkədə 1 günlük matəm elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı