"Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.