Ermənistan hərbi əməliyyatlara hazırlaşır? - AÇIQLAMA

"Ermənistanın Azərbaycanla şərti dövlət sərhədi boyunca silah-sursat, hərbi texnika toplaması kifayət qədər təhlükəli tendensiyadır. Azərbaycan artıq bəyan edib ki, Ermənistan tərəfdən hər-hansısa təhdid və təhlükə olacaqsa, mütləq prioritet addımlar atılacaq".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, Ermənistanı buna vadar edən tərəflər var.

"Bu, Ermənistanı müharibəyə təhrik etmək, bölgədə qeyri-sabit vəziyyəti yenidən formalaşdırmaq cəhdlərindən irəli gəlir. Yəni, təkcə Ermənistanın istəyi ilə olan məsələ deyil. Burada digər dövlətlərin, güc mərkəzlərinin də istəyi var. Onların əsas məqsədi həm Azərbaycanla gərginliyi artırmaq, həm də bölgədə qeyri-stabil durumu yenidən formalaşdırmaqdır".

Ekspert qeyd edib ki, Fransa və Hindistan Ermənistanı silahlandırıb.

"Hətta İrandan da silah-sursat, hərbi texnika göndərilib. Bu sırada Yunanıstanın da adı çəkilir. Bu silahlar boşuna verilməyib. Verilən silahların əsas məqsədi Azərbaycana qarşı yönəlməkdir. Əgər, silah-sursat, texnika Azərbaycanla sərhədə yığılıbsa, məqsəd hərbi eskalasiyanın artırılması və silahlı qarşıdurmanın yaramasını sürətləndirməkdir. Belə olan halda, Ermənistanı çox böyük təhlükə gözləyir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı