Avropa nəhənglərinin istədiyi “Messinyo” bu kluba gedir

"Barselona" gənc braziliyalı futbolçu Estevao Villianı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, “Barselona” futbolçu üçün “Palmeyras” klubuna təklif ünvanlayıb. “Mundo Deportivo”nun məlumatına görə, "Barselona"nın istədiyi "Messinyo” ləqəbli futbolçunu Avropanın bir sıra aparıcı klubları da transfer etməyə çalışır.“Messinyo” ilə “Mançester Siti”, “Mançester Yunayted”, PSJ, “Çelsi” və “Arsenal”ın da maraqlandığı deyilir. Lakin “Barselona”nın transferdə irəlidə olduğu bildirilir.

Qeyd edək ki, “Messinyo” ləqəbli 16 yaşlı hücumçu Estevao Villian "Mənim arzum Barçada oynamaqdır" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR