TƏBİB-dən bıçaqlanan şagirdin durumu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəbdə bıçaqlanma hadisəsi olub.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, şagird artıq ambulator müalicə üçün evə buraxılıb:

"03.04.2024-cü il tarixində saat 13:20 radələrində xəsarət alması səbəbilə 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona döş qəfəsinin ön səthinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı