Yük avtomobilinin arxa təkəri olmadan idarə edilməsi görüntüləri araşdırılıb - DYP

Sumqayıt şəhərində 39-BB-273 dövlət qeydiyyat nişanlı “ZIL MMZ 4505” yük avtomobilinin nəqliyyat vasitəsini sağ arxa təkəri olmadan idarə etməsi ilə bağlı yayılan görüntülər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi tərəfindən araşdırılıb.

İdarədən Metbuat.az-a bildiriblər ki, araşdırma nəticəsində məlum olub ki, sürücünün avtomobili həmin vəziyyətdə idarə etməsi yolu bağlamamaq məqsədi ilə olub.

Sürücü DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunla müvafiq tədbir görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı