“Barselona” “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Barselona” nümayəndələri futbolçu ilə əlaqə saxlayıb. “AS” nəşrinin məlumatına görə, “Napoli” Xviça Kvaratsxeliyanı satmaq istəmir. Lakin xarici KİV-lər “Napoli”nin 100 milyon təklif olacağı təqdirdə futbolçunu sata biləcəyini yazmışdı. Bildirilir ki, “Napoli” mövsümün sonunda Viktor Osimheni satacaq. İtaliya klubu iki əsas aparıcı futbolçusunun klubdan birlikdə ayrılmasına razı deyil. Ona görə də, “Napoli” Kvaratsxeliyanı ucuz qiymətə əldən buraxmayacaq.