Təxribatlar bu istiqamətdə ola bilər - AÇIQLAMA

"İndiki vəziyyətdə Ermənistan ordusunun Azərbaycana qarşı müharibə aparmaq potensialı yoxdur. Biz bu potensialı Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda kifayət qədər zəiflətmişik".

Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Ermənistan son fəaliyyətləri ilə - xüsusən də Avropa İttifaqı və ABŞ ilə keçiriləcək məsləhətləşmələr sonrası özünü çox aqressiv aparır"

"Böyük ehtimalla Ermənistan Azərbaycanla şərti sərhəddə növbəti təxribatların törədilməsimə ciddi formada hazırlaşır. Bu təxribatların törədilməsi üçün uyğun bir zaman gözləyirlər.

Son zamanlar Ermmənistan bu təxribatlarda istifadə etmək üçün Hindistandan artilleriya qurğuları və hava hücumundan müdafiə kompleksləri əldə edib, Fransadan isə artilleriya silah-sursatları, özüyeriyən haubitsa və daşınan zenit-raket kompleksləri alıb.

Biz əldə olunan silahları, onların yerləşdirildikləri əraziləri diqqətlə izləyirik. Bu silahlar hələlik Azərbaycan sərhədinə yaxın ərazilərdə müşahidə olunmur. Olunarsa, onların Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılması qaçılmaz olacaq".

Ekspert qeyd edib ki, genişmiqyaslı hərbi əməliyyatların olacağını düşünmür:

"Lakin lokal miqyaslı təxribatlar tamamilə mümkündür. Bu təxribatlar bir neçə istiqamətdə, o cümlədən Naxçıvan və Qazax istiqamətində ola bilər".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı