Bu cütlüklər digərlərindən daha çox yaşayırmış

Spirtli içkiləri eyni tərzdə qəbul etməyi sevən cütlüklərin daha çox yaşadığı ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ-nin Miçiqan Universitetində araşdırma aparılıb. 9 min insandan alınan cavablarla aparılan araşdırmanın nəticələrinə görə, spritli içkiyə münasibəti eyni olan cütlüklər daha çox yaşayırlar.

Maraqlıdır ki, araşdırmaya görə hər iki tərəfin az və ya normal miqdarda içki içdiyi cütlüklər içki içməyən cütlüklərdən daha çox yaşayırlar.

Araşdırmaçılar bildirib ki, bu nəticələr cütlükləri içkiyə təşviq etməməlidir. Araşdırma eyni zamanda sübut edib ki, birgə əyləncələri olan cütlüklər daha xoşbəxt olur və daha uzun yaşayırlar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı