ADİU-da 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

ADİU-da 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
18:22 19 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 18:18 ]


Bakı - APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.


Universitetdən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları ali təhsil ocağında şəhid-tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Vətənimizin azadlığı yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, 20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb.


Milli Məclisin deputatı, Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı, Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov 20 Yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh ediblər.


Sonra ADİU-nun şəhid-tələbələri Əbülhəsənov İlqarın qardaşı Yavər Əbülhəsənov, Əzizov Habilin anası Zinayə Əzizova çıxış edərək, şəhidlərin keçdiyi həyat yolundan danışıblar. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndiriblər.


Tədbir 20 Yanvar hadisələrini əks etdirən videofilmin nümayişi ilə davam edib.


Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq ADİU-nun bütün fakültələrində 20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib. Universitetin “İqtisadçı” qəzetinin “Qara Yanvar”la bağlı xüsusi sayı çapdan çıxıb. ADİU-nun dəhlizlərində quraşdırılan xüsusi monitorlarda faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR