Abşeronda yeni qəsəbə yaradıldı

Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

      Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

      Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. Hazırda faktiki əhalisi isə 8850 nəfərdir.


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

      Media Savadlılığı