Azərbaycanın bu bölgələrinə qar yağdı - FAKTİKİ HAVA

Aprelin 8-i saat 8:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiuya Xidməti məlumat yayıb.

    Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.

    Düşən yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.

    Daşkəsən, Gədəbəy, Şəmkir, Balakən, Şəki, Qax, Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı