Türkiyəli siyasətçi, Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan öz villasını nümayiş etdirib.
Metbuat.az xəbər verir ki, siyasətçi bu villada dostlarının, yaxınlarının tez-tez qonaq olduğunu, məşhur şəxslərin isə burada demək olar ki, heç vaxt olmadığını deyib. O qeyd edib ki, tanınmış şəxslərlə daha çox kənarda görüşür.
Sinan Oğan bildirib ki, ev bir milyon dollardan bahadır, lakin 1 milyon versələr də, evi satmaz. O həmçinin villanın bağındakı əl işlərini də mediaya sərgiləyib.
Həmin görüntüləri təqdim edirik: