Ermənistan Azərbaycanın təkliflərinə cavab verdi

Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O, söyləyib ki, söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı