Britaniyanın xarici işlər naziri ABŞ-a səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ABŞ-a səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyini məlumat yayıb.

Bildirilib ki, Ceyms Kleverli aprelin 9-da ABŞ tərəfdaşlarını Ukraynaya əlavə maliyyə ayırmağa və Rusiya ilə münaqişədə qalib gəlmək üçün lazım olan alətləri verməyə çağırmaq üçün Vaşinqtona səfər edəcək.

Məlumata görə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Konqresdə əsas fiqurlarla görüşərək onları bu il Ukrayna ilə bağlı fikirlərini dəyişməyə və Amerika Konqresi tərəfindən razılaşdırılmalı olan əlavə 60 milyard dollar maliyyəni ayırmağa çağıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı