Kadinin agentindən "Qarabağ" barədə açıqlama

"Krasnodar"ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, "Metaratings"ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi "Krasnodar"dakı hər şeydən razıdır”.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub. Kadinin "Krasnodar"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı