Azərbaycandan ABŞ-yə pul köçürmələri azalıb

2023-cü ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 54,8 milyon ABŞ dolları pul köçürülüb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,4 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə pul köçürmələrinin ümumi köçürmələrdə payı 20,6 %-dan 10 %-ə düşüb.

Ötən il ABŞ-dən Azərbaycana isə 73,8 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,1 dəfə azdır.

İl ərzində ABŞ-dan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 4,3 %-dən 4,5 %-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı