"Səbail" "Kəpəz"ə, "Sabah" "Qarabağ"a qarşı - Premyer liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günü 2 görüş keçiriləcək.

Saat 16:30 start götürəcək matçda "Səbail" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "ASCO Arena" baş tutacaq.

Günün digər oyununda isə "Sabah" və "Qarabağ" klubları münasibətlərinə aydınlıq gətirəcək. Start fiti 19:00-da çalınacaq görüş "Bank Respublika Arena"da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" və "Zirə" klubları bərabərə qalıb - 0:0. Digər qarşılaşmalarda isə "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" isə "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR