İmişlidə məktəblilərin ölümünə səbəb olan faciənin TƏFƏRRÜATI

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:

“2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlidə yaşayıb. 2014-cü il təvəllüdlü Fərid Vahid oğlu Məmmədov isə qonaq gəlib. O, Qubadlı məktəbinin 7-ci sinif şagirdi olub.

Amid məktəbə yaxın yaşayırmış. Məktəbə bir il gec gedib, bir il də sinifdə qalıb. O, İmişlinin başqa məktəbinin şagirdi olub. Amidlə Fərid qohum deyillər. Görüşüb, məktəbin həyətinə oynamaq üçün gediblər”.

Məlumata görə, 1996-cı ildə Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün məktəbin həyətində onlara yer verilib, uşaqlar da həmin tikilinin üstünə çıxıblar: “Hazırda məktəb fəaliyyət göstərir. Dərs zamanı həmin əraziyə uşaqların keçməsinə icazə yoxdur. Gözətçilər dayanırlar. Hazırda araşdırma aparılır. Yaxın zamanda nəticəsi bəlli olar”.

Digər məlumata görə, məktəbin həyətində alça dərib yeyən zaman yeniyetmələri elektrik cərəyanı vurub.

Dərhal təcili tibbi yardım briqadası çağırılıb, həkimlər hadisə yerində ölüm faktını qeydə alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı