​Messiyə Ronaldonun qazancından iki dəfə çox maaş təklif edildi - Sürpriz həmlə

"İnter Mayami"nin sahibi Xorxe Mas Lionel Messinin Səudiyyə Ərəbistanından təklif aldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, Messinin təklifi rədd etdiyini qeyd edib. Məlumata görə, Lionel Messinin aldığı təklif Kriştiano Ronaldonun qazandığı məvacibdən iki dəfə çox olub. Messinin təklifi nə vaxt aldığı açıqlanmayıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən Ronaldonun illik qazancı 238 milyon avrodur. Lionel Messi PSJ-dən ayrılarkən da Səudiyyə Ərəbistanı klublarından təklif almışdı. Lakin, Messi “İnter Mayami”yə transfer olmağa üstünlük vermişdi.

Lionel Messi bu mövsüm 8 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə edib. “Transfermarkt”in məlumatına görə, Messinin hazırkı transfer dəyəri 30 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR