"Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR