Qurbanovu gündəminə alan “Beşiktaş”dan baş məşqçi açıqlaması

“Beşiktaş”ın prezidenti Hasan Arat klubun məşqçi axtarışına dair açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, “Beşiktaş” məşqçi seçimi etməkdə tələsmir:“Məşqçi üzərində işimiz davam edir. Əvvəllər, xüsusən də Fernando Santos gəlməmişdən əvvəl çox gözəl danışıqlar apardım. Həmin görüş sıxlığında danışıqlar apardığım çoxlu dostlarla yenidən görüşmək fikrində deyiləm. Əvvəla, açığını deyim ki, diqqətimizi baş məşqçi Serdarın uğuruna yönəltmişik. Serdarın uğurunu gördükdən sonra seçim edəcəyik”.

Qeyd edək ki, “Beşiktaş”ın məşqçi namizədləri arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var. İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür bununla bağlı açıqlama vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR