​ ABŞ ermənilərə təlim keçəcək: İrəvan rus qoşunlarını ölkədən çıxarır? - VİDEO

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Brüssel görüşünün nəticələri ilə bağlı aşkarlanan sənəddə qərbin Cənubi Qafqazla bağlı hansı gizli hədəflərinin olmasından danışılıb.

Metbuat.az xəbər verir ki, Rövşən Məmmədov məsələ ilə bağlı deyib:

"Aprelin 5-də Brüssel görüşünün gizli tərəfləri ilə bağlı mediaya sızan məlumatlar bir həqiqəti tam şəkildə ortaya qoyur ki, ABŞ və Fransanın Qarabağ münaqişəsinin yekun həlli və tərəflər arasında sülh müqaviləsinin imzalanmasında, regionda təhkükəsizlik və əməkdaşlıq mühitinin yaranmasında zərrə qədər də olsa marağı yoxdur”.

Onu da qeyd edək ki, hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidməti Brüssel görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərini əks etdirən sənədi inkar edərək vəziyyətdən çıxmağa çalışır.

“Cənab amerikalı diplomatlar, siz nə desəniz də, faktlar bunun əleyhinədir və son günlər hay tərəfinin sərhəd bölgəsində nümayiş etdirdiyi davranış ermənilərin məhz ABŞ və Fransanın hərbi qarantı altına alındığından xəbər verir. Bir sözlə, rəsmi İrəvanın son addımları və Azərbaycan üzərinə müxtəlif təsisatlar hesabına təşkil edilən total hücumlar Ermənistana göstərilən dəstəyin, Qərb dəstəyinin “demokratiya və qanunun aliliyi” ilə yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını göstərir”, – deyə Rövşən Məmmədov mövzunu şərh edib. Ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı