Mübahisəli epizodun VAR qeydləri yayımlandı

İspaniya Futbol Federasiyası “El Klassiko”da "Barselona"nın futbolçusu Lamine Yamalın mübahisəli qol epizoduna dair hakimlər arasındakı danışıqları yayımlayıb.

Metbuat.az xəbər verir ki, VAR hakimlər topun xətti tam keçdiyinə əmin olmadıqları üçün qolla bağlı qərar vermədiklərini açıqlayıblar.

Soto Qrado Gündoğana: "VAR-ı gözləyirik, bəlkə qol var, yoxlayırıq".
VAR: "Luninin bədəni dayanıb, topu bədəni örtür, elə deyilmi? Bir saniyə gözləyin. Biz daha yaxşı görüntü axtarmağa davam edirik. 360, bu dərəcə faydalı deyil. (Kadrlara baxırlar) Bu da deyil. Bu da deyil. Bu da faydalı deyil."
Soto VAR-a: "Tələsmirik, bu, çox vacib qərardır. Tələsməyin. Bu, çox vacib qərardır. Tələsmirik. Bütün kameralara baxaq."
Soto Qradoya VAR otağından: "Sezar, künc zərbəsi ilə davam edəcəyik. Topun içəri girdiyinə dair heç bir sübutumuz yoxdur. Topun içəri girdiyinə dair heç bir sübutumuz yoxdur. Künc zərbəsi olacaq."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı