Pakistanda “20 Yanvar şəhidləri bulağı”nın açılış mərasimi yerli mətbuatda geniş işıqlandırılıb

18:33 19 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 19 yanvar, AzərTAc
Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar şəhidləri bulağı”nın açılış mərasimi ölkə mətbuatında geniş işıqlandırılıb.
“Daily Times”, “Navai Vakt”, “The News”, “Pakistan Observer”, “National Herald Tribune” “Jahan Pakistan”, “Dunya”, “Khabrian”, “Statestimes” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA News”, “Naibaat”, “UNN Pakistan” informasiya agentlikləri tədbir haqqında məqalələr yayıb.
Məqalələrdə bildirilir ki, Qucarxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunan tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək iki qardaş xalq arasındakı münasibətlər haqqında danışıb. Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı böyük faciə ilə üzləşsə də daha da mətinləşdi, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi. Materiallarda yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğu qeyd edilir.
Diqqətə çatdırılır ki, tədbirdə Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raca Cavid Batti və başqaları Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin daim əziz tutulmasının önəmini qeyd ediblər. Vurğulanır ki, çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan xalqına və dövlətinə Pakistana göstərdikləri qayğıya görə minnətdarlığını bildiriblər.
Məqalələrdə diqqətə çatdırılır ki, mərasimdən sonra 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, tədbir iştirakçılarına ehsan verilib, akademiyanın tələbələri qara Yanvar hadisələrini əks etdirən səhnəciklər göstəriblər.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_20_Yanvar_sehidleri_bulaginin_achilis_merasimi_yerli_metbuatda_genis_isiqlandirilib-825862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR