Bakıda məşhur restoran bağlandı

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciət əsasında agentlik əməkdaşları paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsi 23A ünvanında fəaliyyət göstərən “Kristal plaza Baku” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx sahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı