Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib. Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib:
“Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”.
Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.
Ətraflı Baku TV-nin süjetində: