Futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyununda “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, "Qarabağ" 4-1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Oyunda "Neftçi"nin vurduğu qol diqqət çəkib. Belə ki, Ruslan Mirzovun, 63-cü dəqiqədə vurduğu qol zamanı top qapı xəttini bir neçə santimetr keçib. "Qarabağ"ın futbolçusu top qapı xəttini keçəndə sonra topu qapıdan çıxarsa da, hakimlər doğru qərar verərək, qolu qeydə alıblar.