Xalq artisti Aygün Kazımovaya növbəti evlilik təklifi edildi. ANS PRESS-in məlumatına görə, ANS-də "Bakı Film"in təqdimatında, Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan "A-dan Z-yə" verilişin bu dəfə də çox maraqlı olacaq. Belə ki, bu gün saat 22:00-da ANS-də xalq artisti və onun həmkarları Elçin Cəfərov, Niyam Səlami,Kərim Abbasov qonaq olacaq.

A.Kazımova verlişdə yeni layihəsini təqdim edəcək. Çəkiliş zamanı müğəniyə bahalı üzük hədiyyə edilib və evlilik təklifi olunub.

ANS-də yayımlanan səsli-küylü və qalmaqallı "Maşın" şou bitsə də heç kim bu günə kimi o şouda baş verən pərdəarxası hadisələri və əslində nəyin necə olmasını açıb danışmayıb.

Realiti şouda qruplaşan 3 iştirakçı - Aygün, Kərim və Niyam ilk dəfə hamının marağına səbəb olacaq açıqlamarı ilə gündəmə gələcəklər.

Aparıcının "bax o qapıdan indi gələcək qonaq səninlə qalmaqalı olan Mehriban Xanlarova olsa reaksiyan nece olar?" sözləridən sonra studiyada gərgin anlar yaşanır.
Çəkiliş məkanına gələn şəxs kimdir? Onun açıqlamaları nə olacaq? 2 yaşlı balaca qonaqlardan kimin oğludur? Aygün Kazımova kimin iç üzünü açdı? Kərim Abbasov Aygün Kazımovaya görə ondan üz çevirən hansı qadın müğənnisi barədə danışdı? Elçin Cəfərov kimin tərəfini tutdu?

Bu və digər suallara cavab tapmaq üçün bu gün ANS-i izləməyi unutmayın.





Aygün Kazımovaya evlilik təklifi, nişan oldu (FOTO, VİDEO)
Aygün Kazımovaya evlilik təklifi, nişan oldu (FOTO, VİDEO)
Aygün Kazımovaya evlilik təklifi, nişan oldu (FOTO, VİDEO)
Aygün Kazımovaya evlilik təklifi, nişan oldu (FOTO, VİDEO)