Müxalifətin növbəti əməkdaşlıq təşəbbüsü baş tutmadı

Müxalifətin növbəti əməkdaşlıq təşəbbüsü baş tutmadı
18:37 19 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 11 müxalifyönlü partiyasının təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi (SPDİHM) Ədalət, Yaşıllar və İslam partiyalarının təmsil olunduğu “Vətən” siyasi blokuna əməkdaşlıq təklif edib.

Trend-in siyasi mənbədən əldə etdiyi məlumata görə, tərəflər bununla bağlı görüş də keçiriblər. Lakin SPDİHM “Vətən” blokundan müsbət cavab ala bilməyib. Belə ki, mənbənin bildirdiyinə görə, “Vətən” rəhbərli təklif barədə düşünəcələrini bildirsə də, blokun digər siyasi bloklara və birliklərə qoşulmamaq haqqında qərarı var. Digər tərəfdən, “Vətən” bloku qarşıdan gələn parlament seçkilərinə hazırkı formatda getmək niyyətindədir.

Qeyd edək ki, SPDİHM-də Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR