Benzema Türkiyə klubuna keçmək istəyir - Menecerini İstanbula göndərdi

“Fənərbaxça” klubu Kərim Benzemanı heyətinə qatmağa hazırlaşır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kərim Benzema futbol karyerasını Ərəbistan kimi müsəlman ölkəsində başa vurmaq istəyir. Bildirilir ki, bu səbəbdən Benzema menecerindən Türkiyədə Çempionlar Liqasına gedə biləcək komanda tapmasını istəyib. Benzemanın menecerinin ilk seçimi “Fənərbaxça” olub. Xəbərdə deyilir ki, "Fənərbaxça" Çempionlar Liqasınana vəsiqəni artıq təmin edib. İddialara görə, Benzemanın meneceri İstanbula gəlib və ilk görüşünü keçirib.

“Fənərbaxça” Benzemaya illik 4 milyon avro maaş təklif edib. Bu məqamda yeganə problem Benzemanın 3 illik müqavilə istəməsidir. “Fənərbaxça” isə 2 illik müqavilədə israrlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı