​Yunan klubu Terimlə bağlı sürpriz qərar verdi

Yunanıstan Superliqasının çempionluq yarışının pley-off mərhələsində son iki matçda uduzaraq liderdən 4 xal geri düşən "Panatinaikos"un baş məşqçisi Fatih Terimlə bağlı qərar verilib.

Metbuat.az xəbər verir ki, "Panatinaikos" kubokun finalını gözləmədən Terimi göndərmək istəyir. Yunan mətbuatı "Panatinaikos" rəhbərliyinin Terimlə yollarını ayırmaq qərarına gəldiyini iddia edib. “Sportal”da yer alan xəbərə görə, "Panatinaikos"un prezidenti Cannis Alafouzos Fatih Terimlə dərhal yollarını ayırmaq istəyir. Qeyd olunub ki, Fatih Terimin yerinə yeni baş məşqçi axtarışları başlayıb və qalan matçlarda komanda müvəqqəti məşqçiyə həvalə ediləcək.

"Panatinaikos" “AEK” və “Aris” matçlarındakı məğlubiyyətlərlə çempionluq şanslarını çox çətinləşdirib. Fatih Terim "Aris"in məğlubiyyətindən sonra verdiyi açıqlamada bütün məsuliyyətin ona aid olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı