Dalğanın hündürlüyü 2 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/ s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 mertdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı