Prezident Şimali Qafqaz müftilərini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.

Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edildi.

Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulandı.

Dövlətimizin başçısının Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyəti ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qeyd olundu ki, Azərbaycanın və Rusiyanın Şimali Qafqaz regionunun dini liderlərinin əlaqələri xalqlarımız arasında münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edir.

Sonda xatirə şəkli çəkdirildi.

12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR