AXCP-nin şöbə sədrini dəryazla öldürənə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər məhkəməsində Bərdədə 1954-cü il təvəllüdlü Çapay Sadıqlının ölümündə təqsirləndirilən Xəzər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, X. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, 2022-ci il iyunun 26-da Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xəzər Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

İttihama görə, X. Məmmədov Çapay Sadıqlı ilə torpaq sahəsi üstündə mübahisə edib. Mübahisə nəticəsində X. Məmmədov otbiçən dəryazla Ç. Sadıqlının bədəninin müxtəlif hissələrinə ağır zərbələr endirərək, xüsusi amansızlıqla qətlə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı