ICESCO-nun Baş direktoru COP29-a dəvət olundu

Mayın 1-də Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi Nazim Səmədovla Forumda iştirak edən ICESCO-nun Baş direktoru Salim Əl-Malik arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ICESCO Baş direktoruna ünvanladığı dəvət məktubu S.Əl-Malikə təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı