Neft quyusunda meyiti tapılan şəxsin kimliyi bilindi

Dünən Bakının Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, araşdırmalar nəticəsində ölən şəxsin 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev olduğu məlum olub. Onun ehtiyatsızlıq səbəbindən quyuya düşdüyü və oradan çıxa bilməyərək vəfat etdiyi ehtimal edilir.

Qeyd edək ki, dünən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı