Ailəsini öldürən Əhmədlə bağlı yeni AÇIQLAMA

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam etdirilir.

Metbuat.az "E-huquq.az"a istinadən bildirir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs barəsində ilkin ekspertiza rəyi alınıb: "Ekspertizanın nəticəsindən asılı olaraq obyektiv və ədalətli qərarın qəbul olunması təmin ediləcək. O, hazırda Bakı istintaq təcridxanasında saxlanılır. Hazırda istintaq davam edir".

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı