Rubl bu tarixdən sürətlə ucuzlaşacaq - AÇIQLAMA

Rusiyada rublun məzənnəsi sürətlə zəifləyə bilər.

Metbuat.az xəbər verir ki, bu fikirləri rusiyalı iqtisadçı Mixail Xazin deyib. Ekspert bunu mayın əvvəlində və ya ortalarında baş verəcək kəskin devalvasiya ilə əlaqələndirib.

Ekspertin fikrincə, Rusiyanın monetar orqanları faiz dərəcəsini artırmaqla inflyasiyanı ləngitmək vəzifəsinin öhdəsindən gələ bilməyə bilərlər.

“Rubl dəyərdən düşəcək. Gizli inflyasiya rublun növbəti devalvasiyası ilə tamamlanacaq. Nəticədə əmanətdə çökmə olacaq”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR