Marketlərdə bu məhsul kəskin bahalaşdı - SƏBƏB

Ötən ay 50 qəpiyə satılan soğan indi alıcılara 80 qəpiyə təklif olunur. Bəs soğanın bahalaşmasına səbəb nədir?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, yanvar ayında tarlada soğan yetişmir, bunlar anbarlardan gələn soğandır:

“Soğanın qiymətinin əvvəlki aylarla müqayisədə yanvar, fevral, mart aylarında baha olmasından normal bir şey yoxdur. Çünki bunu təsərrüfat sahibi və yaxud fermerdən məhsul alan anbar sahibi, sahibkar yığım dövründə anbara gətirib, saxlayıb və bunu etməyinin əsas məqsədi budur ki, qeyri-sezon dövründə bunu istədiyi qiymətə sata bilsin. Çünki sezon dönəmində məhsul hamı tərəfindən bazara çıxarıldığına görə daha baha olur. Zatən fermerlər də şikayət edir ki, malımı çıxardıram, amma satan yoxdur, xarab olur və s. Ona görə də normal prosesdir ki, həmin dövrdə bunu götürüb saxlayırlar və qışda çıxarırlar”.

1688547492-untitled-1

Ekspert qeyd edib ki, qışda bazara çıxarılan məhsulun digər xərcləri də var:

“Bunun saxlanma, daşınma xərcləri var. Riski var. Sahibkar bunu dərhal pula çevirmir ki, qışda baha satsın və pul qazansın. Yəni tərəvəz məhsullarının yanvar, fevral, mart aylarında - məhsul yığımı ərəfəsində bahalaşması normaldır. Həmin məhsullar yığılıb saxlanılır və sahibkar tərəfindən bu da xərclər çəkilir. Əsas məsələ ondan ibarətdir ki, həmin risk və gəliri bu dövrdə qazanca çevirlmək istəyirlər. Qiymətin də bahalaşma səbəbi budur. Bazara çıxarılan soğanın həcmi azaldıqca qiymətlər daha da arta bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı