Xəbər verdiyimiz kimi, avronun məzənnəsi 0,4 % azalaraq 1,7524 manat, 100 Rusiya rublunun məzənnəsi isə 2,7 % artaraq 1,6268 manat təşkil edib.
Bəs avronun ucuzlaşması və rublun bahalaşması, Azərbaycanın valyuta bazarında hansı dəyişikliklərə səbəb ola bilər? Bu dəyişikliklər yerli istehlakçıların alış-veriş vərdişlərini necə təsir edə bilər?
İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın milli valyutasının dollara nisbətən qiymətinin tənzimlənməsi, avronun və yaxud da rublun məzənnə dəyişikliyi birbaşa manata təsir edə bilmir:
“Təbii olaraq bu qiymət dəyişmələri Azərbaycan iqtisadiyyatında dolayı effektlərə malikdir. Məsələn, rublun ucuzlaşması və yaxud bahalaşması azərbaycanlıların Rusiyada olan fəaliyyətinə və öz ailələrinə göndərdikləri pula, orada qurduqları bizneslərə bu və ya digər formada öz təsirini göstərir. Lakin bu gün həm avronun, həm rublun məzənnə dəyişikliyi bunun davamlı olacağı demək deyil. Müəyyən proseslərlə bağlı bu istiqamətdə məzənnələrdə dalğalanmalar təbii haldır. Amma konkretləşdirsək, bu tip məzənnə valetilliyinin Azərbaycan iqtisadiyyatına hər hansısa mənfi və yaxud da müsbət bir risk təsirləri böyük ölçüdə yoxdur”.
Sevinc İbrahimzadə / Metbuat.az