Müsavat Partiyasının yeni başqanı məlum olub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, İsa Qəmbər bu gün Müsavat Partiyasının XI qurultayında yenidən partiyanın başqanı seçilib. Səsvermədə qurultay nümayəndələrindən 275-i İsa Qəmbərin lehinə səs verib.
Qeyd edək ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.