​“Beşiktaş” namizədlərlə anlaşa bilmədi - Qurbanov üçün israr edəcək?

“Beşiktaş”da yeni məşqçi üçün danışıqlar davam edir.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” danışıqlar apardığı Hansi Flikdən imtina edib. “Sabah” qəzetinin məlumatına görə, ilk görüş Hansi Flikin meneceri ilə keçirilib və alman məşqçinin illik təxminən 6-7 milyon avro məvacib tələb etdiyi bildirilib. Bu tələbdən sonra “Beşiktaş” başqa namizədlərə yönəlib. “Beşiktaş”ın gündəmində olan digər namizədin Nuri Şahin olduğu deyilir. Məlumata görə, “Beşiktaş” “Borussia Dortmund”un məşqçilər heyətində yer alan Nuri Şahinin xidmətində maraqlı olsa da, onun Türkiyədə işləmək istəmədiyi irəli sürülür.

Qeyd edək ki, “Beşiktaş”ın məşqçi namizədləri arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var. İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür bununla bağlı açıqlama vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı