Tramp Ukrayna-Rusiya müharibəsini dayandıracaq? - AÇIQLAMA

"Trampın mövqeyi bundan ibarət idi ki, Putinlə dil tapmaq lazımdır. Rusiya ilə düşmən olmaq olmaz. Bu fikir Respublikaçılar partiyasında da xeyli özünə tərəfdaş toplayıb".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, Tramp hətta hakimiyyətdə olduğu dövrdə Ukraynaya yardımın azaldılmasını və birbaşa Rusiyaya konvertasiyaya qarşı çıxış etmişdi:

"Hətta həmin dövrdə Putinlə barışıq imzalamaq, onunla münasibətlərin normallaşdırılmasının tərəfdarı idi. Trampa görə, Amerikanın əsas düşməni Çindir və ona qarşı səfərbər olunmalıdır. Tramp Rusiyaya qarşı müharibəni həm də Baydenin oğlunun korrupsiya əməllərini ört basdır etmək niyyətilə təqdim etmişdi. Baydenə qarşı əsas ittihamları bu idi. Ona görə də, Tramp və ya Respublikaçılar partiyasından kimsə hakimiyyətə gələrsə, Rusiya ilə münasibətlərə yenidən baxıla bilər. Amma Tramp özü gələrsə, böyük ehtimalla bu müharibə riskini azaldacaq. Görünən odur ki, Amerika və Qərbdə artıq Ukraynanın Rusiyaya qarşı güclü müqavimət göstərməsi ilə bağlı şübhələr var".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı